Modern.az

“Dəvət olmadığı halda, seçkiləri izləməkdən necə imtina etmək olar?!”

“Dəvət olmadığı halda, seçkiləri izləməkdən necə imtina etmək olar?!”

Aktual

9 Yanvar 2020, 13:40

Azərbaycanda  9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinin Avropa Parlamenti tərəfindən izlənilməyəcəyi barədə bəzi saytlarda məlumatlar yer alıb. Amma yayılan məlumatlarda Avropa Parlamentinin belə qərar verməsinin səbəbləri açıqlanmayıb.

 

Məsələ ilə bağlı ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Modern.az-a açıqlama verib.

 

“Dünən bəzi mətbuat səhifələrində oxudum ki, Avropa Parlamenti seçkiləri müşahidə etməkdən imtina edib. Düzü, çox təəccübləndim. Ona görə ki, rəsmi olaraq Avropa Parlamentinə dəvətnamə göndərməmişik. Seçki prosesini izləmək üçün o müşahidəçilər gəlir ki, rəsmi olaraq dəvətnamə göndərmişik. Nə Avropa Parlamentinin, nə də Avropa Birliyinin üzvüyük. Bununla bağlı hansı təşkilatda üzvüksə, hansı təşkilatda fəaliyyət göstəririksə, o təşkilatlara da rəsmi dəvətnamə göndərmişik”, - deyə S.Seyidov bildirib.

 

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, belə məsələlərin yayılmasında məqsəd  ajiotaj yaratmaqdır:

 

“Avropa Parlamentinə dəvətnamə getmədiyi halda,  Avropa Parlamenti seçkiləri izləməkdən necə imtina edə bilər?! Bu sadəcə bəzi qüvvələrin mətbuatda ajiotaj yaratmasına hesablanıb. “Gəlmədilər bəyənmədilər” və sairə desinlər”.

 

Qeyd edək ki, Avropa Parlamentinin seçkiləri izləməkdən imtina etməsi barədə informasiyanı "Turan" Agentliyi yayıb.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı