Modern.az

NATO PA-nın müşahidəçiləri parlament seçkilərini izləməyəcək - SƏBƏB

NATO PA-nın müşahidəçiləri parlament seçkilərini izləməyəcək - SƏBƏB

Aktual

10 Yanvar 2020, 10:59

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

 

Milli Məclisin deputatları Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, NATO Parlament Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, İslam KonfransıTəşkilatı Parlament Assambleyası, “Avronest” və s. kimi nüfuzlu beynəlxalq qurumlarda nümayəndə heyəti ilə təmsil olunur.

 

Bəs Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün NATO PA-dan müşahidəçilər gələcəkmi?

 

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, beşinci çağırış Milli Məclisin deputatı olan Məlahət İbrahimqızı Modern.az-a bildirib ki, NATO PA–nın müşahidəçiləri seçkiləri izləməyəcək:

 

“İstənilən beynəlxalq təşkilatlar Azərbaycanda keçiriləcək seçkiləri izləyə bilərlər. Ancaq NATO PA-ya seçkiləri izləmək üçün rəsmi dəvət məktubu göndərilməyib. Bunun da səbəbi var. Ona görə ki, Azərbaycan NATO-nun üzvü deyil, assosiativ üzvdür”.

 

Məlahət İbrahimqızı qeyd edib ki, Azərbaycan dövləti hər zaman azad, ədalətli şəffaf seçkilərin keçirilməsi marağındadır:

 

“Beynəlxalq təşkilatlar hər zaman ölkəmizdə keçirilən seçkiləri izləmək üçün müşahidəçilər göndərir. Bununla bağlı heç bir qadağa yoxdur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı