Daha bir beynəlxalq təşkilat Azərbaycanda növbədənkənar parlament seçkilərini izləyəcək.
Bu barədə Modern.az-a Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Eldar Quliyev məlumat verib.
Nümayəndə heyətinin rəhbəri bildirib ki, müşahidəçilər fevralın 9-da seçkiləri izləyəcəklər:
“QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyevin rəhbərliyi ilə bir qrup müşahidəçi Azərbaycana gələcək. Onlar fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcəklər”.