Modern.az

Tanınmış jurnalist Yardımlı seçicilərinə müraciət etdi

 Tanınmış jurnalist Yardımlı seçicilərinə müraciət etdi

Aktual

10 Yanvar 2020, 20:51

"Məndən seçki qərarı gözləyən dəyərli insanlar, böyük etimad göstərən əzizlər, doğmalar! Var olun belə yüksək etimada görə! Azərbaycanın demokratik inkişafını təmin edəcək böyük siyasi prosesdə iştirak etməyim bir sıra obyektiv səbəblərdən mümkün olmadı. Yəqin ki, böyük etimad bəsləyən, formal olaraq təşəbbüs qrupu yaradan ziyalılarımız, Yardımlı və Masallı rayonlarında yaşayan dəyərli seçicilərimiz qərarımı anlayışla qarşılaycaq".

Modern.az xəbər verir ki, bunu "Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Paşasoy öz feysbuk səhifəsində yazıb.

 

Jurnalist qərarının seçicilər tərəfindən anlayışla qaşılacağına ümid etdiyini vurğulayaq digər namizədlərə uğur arzulayıb: "Hansı ünvanda olsaq, Dövlətimizə, Xalqımıza xidmətimiz davam edəcək, buna şübhəniz,olmasın! Necə ki, əvvəllər demşdik: "Elşad olmasa da olar, təki el (Vətən) şad olsun!" Seçkilərə qatılan hər kəsə, o cümlədən 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindəki əziz insanlara-namizədlərə uğurlar və yüksək seçki mədəniyyəti arzulayıram! Təki qazanan Azərbaycan olsun, inşallah!"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı