Modern.az

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

Aktual

10 Yanvar 2020, 22:15

ABŞ İrana qarşı sanksiyaları daha da  genişləndirib.

Modern.az  xarici mediaya istinadən  istinadən xəbər verir ki, maliyyə katibi Steven Mnuçin İranın inşaat sektoruna, istehsalatına, o cümlədən toxuculuq, mədən, polad və dəmir sənayesinə qarşı tətbiq etdikləri yeni sanksiyaların “İran rejiminin dünya boyu terrorizm fəıaliyyətləri”nə qarşı yönəldiyini açıqlayıb.

Bununla yanaşı, Vaşinqton İranın səkkiz yüksək rütbəli rəsmisinin də adını sanksiya siyahılarına salıb. Belə ki, həmin şəxslərin İraq ərazisində ABŞ və koalisiya hərbçilərinin yerləşdiyi bazalara bu günlərdəki ballistik raket hücumunda əli olduğu iddia edilir. ABŞ dövlət katibi Mayk Pompeo məhdudlaşdırıcı tədbirlərin İranın “daxili təhlükəsizlik aparatı”nı hədəf aldığını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!