Modern.az

Daha bir diaspor nümayəndəsi deputatlığa namizəd oldu

Daha bir diaspor nümayəndəsi deputatlığa namizəd oldu

Aktual

16 Yanvar 2020, 12:55

Azərbaycan-İtaliya Gənclər Assosasiyasının (AİGA) həmsədri Emin Rüstəmovun deputatlığa namizədliyi qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə sosial şəbəkə hesabında məlumat verən Emin Rüstəmov prosesə gec başladığını da bildirib:

 

“Prosesə gec başladığım üçün bəlkə də ən gec qeydə alınan namizədlərdən biri də mənəm. 9 Fevral tarixinə təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyim qeydə alınıb”.

 

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı