Modern.az

Dövlət agentliyinin balansına yeni yollar verildi

Dövlət agentliyinin balansına yeni yollar verildi

Aktual

31 Yanvar 2020, 20:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin keçmiş Dağlar Yusifov adına Qəbələ Qızılbalıqartırma Zavodunun balansında olmuş 2,2 kilometrlik magistral yol və Qəbələ rayonu, Çuxur Qəbələ Bələdiyyəsinin balansında olan 3,8 kilometrlik avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilib.

 

Modern.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.

 

Bununla əlaqədar Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nın “Qəbələ rayonu” bölməsində  müvafiq dəyişiklik edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı