Modern.az

Oğlu və qohumları həbsdən çıxan İqbal Məmmədov Prezidentə təşəkkür etdi

Oğlu və qohumları həbsdən çıxan İqbal Məmmədov Prezidentə təşəkkür etdi

Aktual

31 Yanvar 2020, 23:47

Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Həbs olunanlar azadlığa çıxıb.

 

Modern.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərlərinin cinayət işi üzrə məhkəmə olub və onlar azadlığa buraxılıb.

 

İqbal Məmmədov  mətbuata açıqlamasında bildirib ki, 6 ay müddətində istintaq araşdırması gedib:

 

“İstintaq araşdırması başa çatdığından məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilib.  Məhkəmə Azərbaycan Prezidentinin məhkəmə-hüquq sistemində həyata keçirdiyi islahatları və humanizm prinsiplərini rəhbər tutaraq onları həbsdən azad etdi. Bu bizim üçün çox sevindirici xəbər oldu. Heç bir valideynə övladının həbsə düşməyini arzu etmirəm. Bu addıma görə Azərbaycan Prezidentinə minnətdarlığımızı bildiririk".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı