Modern.az

Göygöldə ağır qəza: ölən və yaralananlar var

Göygöldə ağır qəza: ölən və yaralananlar var

Aktual

31 Yanvar 2020, 23:28

Göygöl rayonunda xəsarətlə və ölümlə nəticələnən yol qəzası baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yeni Qızılca kəndində "Ford" markalı yük maşını yol kənarında dayanmış "Zil" markalı yük maşınına çırpılıb. Qəza zamanı 1 qadın hadisə yerində ölüb, daha 1 qadın və uşaq xəsarət alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!