100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Kamran Bayramov seçicilərlə möhtəşəm görüşlərini başa çatdırıb.
Modern.az xəbər verir ki, YAP-ın namizədi Kamran Bayramov seçkiqabağı təşviqatı çərçivəsində Daşkəsən rayonunda tədbirlərini Mərkəzi Seçki Komissiyasının təyin etdiyi qapalı yerdə - Daşkəsən şəhərinin Mədəniyyət Mərkəzində gənclərlə və qadınlarla keçirilmiş görüşlə davam etdirib. Görüş səmimi şəraitdə keçib, xatirə şəkili də çəkilib. Görüşdən aydın olub ki, şəhərin gəncləri və qadınları səsvermə gününü səbirsizliklə gözləyir, səslərini Yeni Azərbaycan Partiyasının namizədinə verəcəklər!
Daşkəsəndə təşviqata gəldiyi növbəti yaşayış məntəqəsi Alunitdağ qəsəbəsi olub. Qəsəbəyə çatarkən seçiciləri, həmişə olduğu kimi Kamran Bayramovu gözləyiblər. Yaxşı söhbətləşib, təşviqatını da uğurla aparıb. Qəsəbənin seçiciləri fevralın 9-da Kamran Bayramova bir daha etimad göstərmək, yenidən YAP-ın namizədinə səs vermək niyyətindədirlər! Var olsunlar!
Deputatlığa namizədin seçicilərlə növbəti görüşü Kəmərqaya kəndində baş tutub. Görüşüb, danışıb, təşviqatını aparıb, böyük dəstək alıb. Kəmərqaya kəndinin seçiciləri bizimlədir və seçkidə öz seçimini artıq müəyyənləşdiriblər - Yeni Azərbaycan Partiyasının namizədi!
Kamran Bayramov Daşkəsən rayonunda seçkiqabağı təşviqatını Daşkəsən qəsəbəsində keçirilən görüşlə başa vurub. Sakinlər deputatlığa namizədin başımıza yığılıb, söhbətləşib. Məlum olub ki, seçkilərə böyük maraqları var, səsvermə günü DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər!
Sonda Kamran Bayramov seçicilərinə müraciət edib:
“Əziz daşkəsənlilər, mənə verdiyiniz dəyər və qiymətinizə görə dərin minnətdarlığımı bildirirəm!”