69 saylı Cəlilabad-Biləsuvar-Masallı Seçki Dairəsindən deputatlığa namizəd Kazımov Səid Mirkazım oğlu Cəlilabadın Göytəpə şəhərində izdihamlı seçkiöncəsi görüşü keçirilib.
Modern.az xəbər verir ki, deputatlığa namizəd Səid Kazımov seçicilərlə növbəti görüşü Cəlilabadın Göytəpə şəhərinə baş tutub.
Görüş çox izdihamlı olub və görüşdə 400-ə yaxın insan iştirak edib.
Seçicilər tərəfindən səmimiyyət və rəğbətlə qarşılanan Səid Kazımov öz platforması barədə seçicilərə məlumat verib, onların üzləşdiyi problemlər, çətinliklər, həyat şəraiti ilə yaxından tanış olub və onları maqarlandıran sualları cavablandırıb.
S.Kazımov seçicilərin üzləşdiyi problemlərin ona tanış olduğunu və adı çəkilən problemlərin həlli isitqamətində proqramının olduğunu bildirib. Bildirib ki, ona etimad edib millət vəkili seçəcəkləri təqdirdə bütün gücünün seçiclərin üzləşdirkləri prblemlərin, çətinliklərin, həmçinin həyat şəraitinin yaxşılaşdırılmasına səfərbər edəcək və həllinə çalışacaq. Deputatlığa namizdə onu da əlavə edib ki, biz problemlərimiz bir olub həllinə nail olacağıq. Deputat seçiləcəyi təqdirdə seçicilərlə mütəmadi əlaqə saxlamaq üçün Göytəpə şəhərində daimi fəaliyyət göstərən qərargah yaradacağını bildirib.
Deputatlığa namizəd seçiciləri seçki günü aktiv olmağa və səsvermədə iştiraka səsləyib.
Səmimi şəraitdə keçən görüş şəraitində seçicilər ondan böyük gözləntiləri olduğunu və ona etimad göstərdiklərini və bunun üçün də fevralın 9-da ona səs verəcəklərini bəyan ediblər.
Seçicilərlə görüşlərdə göstərdikləri böyük hörmət və ehtirama, vaxt ayırıb onunla görüşə gəldiyinə görə deputatlığa namizəd Səid Kazımov hər bir seçiciyə öz dərin minnətdarlığını və təşəkkürünü bildirib.