92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyevanın rayon Mədəniyyət klubunda mədəniyyət-səhiyyə işçiləri ilə görüşü keçirilib.
Modern.az-a namizədin Seçki Qərargahından daxil olan məlumata görə, bu görüş də o birilərindən yaxşı mənada öz izdihamı ilə, öz istiliyi ilə fərqlənməyib, geri qalmayıb.
Diqqçəkən məqamlardan biri zalda qadınların sayının çoxluğu olub.
Bu da əslində normaldır, çünki mədəniyyət işçisi, həkim, səhiyyə işçisi deyilirsə, bunların əksəriyyəti qadınlardır və bu baxımdan da, görüşdə sırf qadın problemləri, mədəniyyət məsələləri daha çox qabardılıb.
Öz növbəsində Həsən bəy Zərdabi yurdunun övladları ədəbiyyata, incəsənətə, mədəniyyətə verilən qiymətə görə ölkə Prezidenti İlham Əliyevə, xüsusilə Heydər Əliyev Fondunun rəhbəri olan ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Xüsusilə, Həsən bəy Zərdabinin 170 illik yubileyinin ölkə səviyyəsində keçirilməsi üçün verdiyi sərəncama görə, dövlət başçısına təşəkkür ediblər.
Seçicilər eyni zamanda, bu Sərəncamın verilməsi üçün J. Əliyevanın MM-də məsələ qaldırması, əlaqədar qurumlara, Mədəniyyət Nazirliyinə, Nazirlər Kabinetinə və şəxsən ölkə Prezidentinə müraciət etməsi üçün minnətdarlıqlarını ifadə ediblər.