Modern.az

Şirvanda intihara cəhdin qarşısı alınıb

Şirvanda intihara cəhdin qarşısı alınıb

Aktual

12 Aprel 2020, 11:36

Şirvanda özünü çaya atmaq istəyən gənc xilas edilib.

 

Modern.az xəbər verir ki, Sabirabad rayonunun Moranlı kənd sakini,Camallı Camal valideynləri ilə mübahisə etdikdən sonra Şirvan şəhər və Sabirabad rayonunu birləşdirən Kür çayının üzərindəki körpüyə çıxaraq özünü çaya atmaq istəyib.

 

Şirvan Şəhər Polis Şöbəsinin Post Patrul Xidmətinin bölmə rəisi, İsmayıl Hacıyev 23 yaşlı gənclə psixoloji söhbət etdikdən sonra onu fikrindən daşındırıb. Polis şöbəsinə dəvət olunan Camalla profilaktik söhbət aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV