Modern.az

Bakıda məktəbdən büst oğurlandı

Bakıda məktəbdən büst oğurlandı

Aktual

14 Aprel 2020, 20:34

Bakıda məktəbdə oğurluq hadisəsi baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yerləşən 206 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbin qarşısında tanınmış şəxslərə ucaldılan büstlərdən biri - Nadir Axundovun büstü naməlum şəxs tərəfindən oğurluq yolu ilə ələ keçirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, büstün qiyməti təxminən 5 000 manatdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV