Modern.az

İsraildə koronavirusa yoluxanların sayı 13,2 mini keçib

İsraildə koronavirusa yoluxanların sayı 13,2 mini keçib

Aktual

19 Aprel 2020, 10:41

İsraildə təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı gün ərzində 150-dən çox artaraq 13 265 nəfərə çatıb, bir gündə 6 nəfər virusdan ölüb, ölənlərin ümumi sayı 164-ə çatıb.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, ağır vəziyyətdə olan xəstələrin sayı 164-ə, süni tənəffüs aparatına ehtiyacı olan xəstələrin sayı gün ərzində beş nəfər azalaraq 113-ə enib. Sağalmış xəstələrin sayı 200-dən çox artaraq 3456 nəfər təşkil edib.

 

Bundan əvvəl ölkədə 13 107 nəfərin virusa yoluxduğu və 158 nəfərin öldüyü bildirilirdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...