Türkiyənin Adana vilayətində 700 min qaçaq yolla gətirilən tibbi maska ələ keçirilib.
Modern.az məlumatına görə, həmin maskaların istehsal edildiyi Seyhan və Çukurova rayonunlarında yerləşən üç ünvana jandarmeriya əməkdaşları tərəfindən basqın edilib.
Basqın zamanı 700 min tibbi maska ələ keçirilib və şübhəli şəxs qismində 4 nəfər saxlanılıb.
Səhiyyə Nazirliyinin istehsal meyarlarına cavab verən maskalar Adana vilayəti Kənd və Meşə İdarəsinə göndərilib.