Modern.az

Qazax sakini qətlə yetirildi - YENİLƏNİB

Qazax sakini qətlə yetirildi - YENİLƏNİB

Aktual

23 Aprel 2020, 13:36

Qazaxda 34 yaşlı kişini öldürən şəxs saxlanılıb.

 

Qətli törədən şəxs 1994-cü il təvəllüdlü Əhmədov Əhməd Əbdüləhməd oğludur.

 

Qazax rayon Polis Şöbəsi və Prokurorluğunun birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs tutulub.

 

***

 

Qazaxda 34 yaşlı kişi qətlə yetirilib.

 

Modern.az xəbər verir ki, hadisə rayonda yerləşən stadionun yaxınlığında qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Zaur Hüseynova bıçaq xəsarətləri yetirilib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisənin kim tərəfindən törədildiyi bilinmir.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada