Modern.az

Hacıqabulda qanvermə aksiyası keçirilib - FOTO  

Hacıqabulda qanvermə aksiyası keçirilib - FOTO  

Aktual

23 Aprel 2020, 12:31

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Hacıqabul rayonu da qoşulub.

 

Modern.az xəbər verir ki, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun iştirakı ilə könüllü qanvermə aksiyası keçirilib. 

 

Aksiyada rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların işdə olan  və sağlamlığı imkan verən əməkdaşları və YAP-ın könüllüləri iştirak ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada