Modern.az

İsmayıllıda balıq ovlayanlar cərimələndi

İsmayıllıda balıq ovlayanlar cərimələndi

Aktual

23 Aprel 2020, 12:44

Ölkədə elan edilmiş karantin rejimi qaydalarının təmin olunması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olan zaman rayonun Balik kəndində yerləşən göldən balıq ovlamaq istəyən şəxsləri müəyyən ediblər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin şəxslər Polis Şöbəsinə gətirilib. Onların İsmayıllı rayon sakinləri- Kənan Əhmədov, Emin Səmədli, Ramiz Mehdiyev, Gündüz Həmzəyev və Rəşad Həmzəli olduqları məlum olub. Karantin qaydalarını pozduqları üçün onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək inzibati qaydada cəzalandırılıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!