Modern.az

Ötən gün 31 cinayətkar həbs olunub

Ötən gün 31 cinayətkar həbs olunub

Aktual

23 Aprel 2020, 15:01

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, aprelin 22-də törədilən 31 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 5 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada