Modern.az

Novruz Aslanov İsmayıllıda sakinlərinin evinə getdi - FOTO

Novruz Aslanov İsmayıllıda sakinlərinin evinə getdi - FOTO

Aktual

23 Aprel 2020, 16:59

 

Məlumat verdiyimiz kimi, İsmayıllı rayon sakinləri millət vəkili Novruz Aslanovla onlayn və telefon vasitəsi ilə əlaqə saxlayır və müraciətlərini birbaşa deputatın özünə edirlər. Müraciətlər əsasən xüsusi karantin rejimində məhdudiyyətlərin tətbiq olunması səbəbindən yerli sakinlərin gəlirgətirmə sahəsində üzləşdiyi çətinliklər barədə olub. Bunları nəzərə alan deputat İsmayıllı rayonuna səfərlər edərək şəxsən sakinlərin evinə gedir, onlara evlərində ərzaq bağlamaları təqdim edir.

 

Modern.az xəbər verir ki, növbəti belə tədbir aprelin 23-də baş tutmuşdur.  İsmayıllı rayonuna səfər edən millət vəkili, ona müraciət edən ailələrin evinə getmiş, ərzaq və digər zəruri  vasitələrlə onlara humanitar yardımlar etmişdir. Sakinləri maraqlandıran bəzi məsələlər qeydiyyata alınaraq, əlaqədar qurumlara ünvanlanması nəzərdə tutulub. 

 

Deputat sakinlərlə görüşündə koronavirusla (COVİD-19) bağlı dövlətin həyata keçirdiyi zəruri tədbirlərdən, müvafiq hökumət strukturları tərəfindən aparılan profilaktik işlər barədə məlumat vermiş, əhalini ciddi zərurət olmadığı halda evdən çıxmamasını tövsiyə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada