Modern.az

Elmar Məmmədyarov Moldovalı həmkarı ilə müzakirələr apardı

Elmar Məmmədyarov Moldovalı həmkarı ilə müzakirələr apardı

Aktual

23 Aprel 2020, 19:11

Xarici İşlər naziri Elmar Məmmədyarovun Moldova Xarici İşlər və Avropaya İnteqrasiya naziri Oleq Tulea ilə telefon danışığı baş tutub.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Tərəflər Moldova və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin hazırki durumu, habelə əməkdaşlıq gündəliyində duran bir sıra aktual məsələləri müzakirə ediblər.

 

Eyni zamanda, tərəflər hazırki mövcud vəziyyətə də toxunaraq, hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Aparılan telefon danışığı zamanı Azərbaycan və Moldovanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.

 

Sonda Nazir həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib və o, dəvəti məmnunluqla qəbul edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada