Goranboy rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargahın online-video müşavirəsi keçirilib.
Goranboy RİH-dən Modern.az-a verilən məlumata görə, icra başçısı Məhərrəm Quliyevin sədrliyi və Qərargah üzvlərinin iştirakı ilə keçirilən onlayn video-müşavirəyə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər də qoşulub.
İcra başçısı Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə rayonda xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi, sosial dəstəyə ehtiyacı olanlar və kənd təsərrüfatı işlərinin gedişi barədə məlumatları dinləyib, bu sahədə həlli vacib məsələlərin icrası ilə bağlı, ərazi dairəsi üzrə nümayəndəliklərə və digər aidiyyəti məsul şəxslərə tapşırıqlarını verib.