Modern.az

Şamaxıda körpə nənənin ehtiyatsızlığı nəticəsində ölüb

Şamaxıda körpə nənənin ehtiyatsızlığı nəticəsində ölüb

Aktual

23 Aprel 2020, 23:28

Şamaxı rayonunda 1 yaşlı körpə nənəsinin ehtiyatsızlığının qurbanı olub.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Çorhan kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Abbasov Ayxan Abbas oğlu yaşadığı ikimərtəbəli evin eyvanında nənəsinin qucağından yerə yıxılıb. Ağır kəllə-beyin xəsarəti alan körpə əvvəlcə rayonun mərkəzi xəstəxanasına, sonra isə vəziyyətinin ağırlaşması səbəbindən Bakının xəstəxanalarının birinə göndərilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Sizə yeni x var
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı