Son günlər hava şəraitinin yağıntılı keçməsinin aqrar sahəyə təsirlərilə bağlı məlumat açıqlanıb. Hazırda bölgələrdə olan Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat katibi Vüqar Hüseynov Modern.az-a bildirib ki, son 3 gün ərzində 18 rayonda olub:
“Bir neçə gündür bölgələrdə yağış, dağlıq hissələrə isə qar yağır. İndiki məqamda taxıl, kartof sahələrinin suvarılmasında yağışın böyük əhəmiyyəti var. Yəni suvarmaya ehtiyac olduğu bir vaxtda yağıntının düşməsi fermer üçün şansdır. Bunun aqrar sahəyə hansısa mənfi təsirindən söhbət gedə bilməz. Dünən Şamaxı, İsmayıllı, Göygöl rayonun dağlıq hissəsində qar yağmasını müşahidə etdik. Dağlıq ərazilərdə teperatur aşağıdır deyə, hələ ağaclarda çiçəklənmə baş verməyib”.
Nazirlik rəsmisinin sözlərinə görə, indi düşən yağıntıların xüsusilə taxılın dəmyə əkinində rolu əvəzsizdir.