Modern.az

Ermənistanda atışma oldu: ölənlər və yaralananlar var

Ermənistanda atışma oldu: ölənlər və yaralananlar var

Aktual

29 Aprel 2020, 00:12

Ermənistanda silahlı insident olub.

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Qeqarkuniksk vilayətində baş verib. Qavar rayonunda qeydə alınan silahlı insident nəticəsində 2 nəfər öldürülüb, daha 4 nəfər yaralanıb.

Məlumata görə, hadisə zamanı öldürülənlərdən biri hərbi polisin müstəntiqidir.

Atışmanın baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!