Modern.az

Karantin rejimini pozan Bakı sakininin evində qumarxana aşkarlandı

Karantin rejimini pozan Bakı sakininin evində qumarxana aşkarlandı

Aktual

29 Aprel 2020, 10:00

Bakıda xüsusi karantin rejimi qaydalarını pozaraq evində qumarxana təşkil edən şəxs aşkar edilib.

 

Modern.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Yasamal rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ə.Salamzadə küçəsində yaşayan, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü T. Rüstəmovun evində qumarxana aşkarlanıb. T.Rüstəmov saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada