Modern.az

“Barselona”nın yeni qapıçısı o ola bilər

“Barselona”nın yeni qapıçısı o ola bilər

Aktual

29 Aprel 2020, 10:59

""Barselona" rəsmi təklif yollamasa da, lakin onlar mənə Onana ilə maraqlandıqlarını bildiriblər".

 

Modern.az xarici mediaya istinadla xəbər verir ki, bunu "Ayaks" futbol klubunun qapıçısı Andre Onananın agenti Botines deyib.

 

Qeyd edək ki, "Barselona" rəhbərliyi hazırkı qapıçısı Ter-Ştegenlə yeni müqavilə üzərində danışıqları dayandırıb. Komandanın 24 yaşlı Onana ilə maraqlandığı bildirilir.

 

Maraqlıdır ki, Onana bir qədər əvvəl mətbuatda çıxan müsahibəsində karyerasında yeni mərhələ açmaq istədiyini etiraf edib.

 

T.İSMAYIL

Sizə yeni x var
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi