Böyük Britaniyanın Baş naziri Boris Consonun oğlu dünyaya gəlib.

 

Modern.az-ın məlumatına görə, bu barədə nazirin mətbuat katibi bildirib.

 

Bu, 55 yaşlı nazirin 7-ci övladıdır. B.Conson iki dəfə evli olub, hazırda o, Kerri Saymondsla qeyri-rəsmi nikahda yaşayır.

 

Xatırladaq ki, br müddət əvvəl Boris Conson koronavirus diaqnozu ilə xəstəxanada yerləşdirilib, təxminən 10 günlük müalicədən sonra evə buraxılıb.