Modern.az

"Azercell" rouminq xidməti üzrə yeni tarif tətbiq edəcək

Aktual

29 Aprel 2020, 13:27

30 may tarixindən etibarən Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” tərəfindən Qırğızıstanda göstərilən roumnq xidməti üzrə yeni tarif tətbiq ediləcək. 

 

Modern.az xəbər verir ki, qeyd olunan tarixdən “Azercell”in fakturalı və fakturasız (Sim-Sim) xətt sisteminə aid nömrələrdə, bu ölkədəki rouminq sazişi mövcud olan operatorlar üzrə vahid xidmət haqları qüvvəyə minəcək.

 

Belə ki, mobil internet xidmətinin hər bir MB-na görə xidmət haqqı 3,5 manat təşkil edəcək. Qeyd edək ki, hazırda bu tarif 2,2 manatdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır