Modern.az

Vyetnam Azərbaycana 10 min tibbi maska hədiyyə etdi

Vyetnam Azərbaycana 10 min tibbi maska hədiyyə etdi

Aktual

29 Aprel 2020, 14:18

Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Ngiyem Vu Xay Azərbaycanın Vyetnamdakı aəfiri Anar İmanova 10 000 tibbi maska hədiyyə edib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Vyetnam Xəbər Agentliyi (VNA) yayıb.

 

Məlumata görə, ötən bazar Assosiasiya Vyetnamda işini itirmiş 3 Azərbaycan vətəndaşına  dayardım üçün 1 000 ABŞ dollarından çox vəsait toplayıb.

 

Səfir Anar İmanov Vyetnam xalqı və Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasına yardıma görə minnətdarlığını bildirib. O, iki ölkənin bütün çətinliklərin öhdəsindən və pandemiyaya qalib gələcəyinə inandığını vurğulayıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada