Modern.az

Bakıda zəncirvari qəza: 4 maşın yararsız hala düşdü - VİDEO

Bakıda zəncirvari qəza: 4 maşın yararsız hala düşdü - VİDEO

Aktual

29 Aprel 2020, 16:52

Bakıda daha bir yol qəzası baş verib.

 

Modern.az  Trend-ə istinadən xəbər verir ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində zəncirvari qəza qeydə alınıb. Qəzada 4 avtomobilə ciddi ziyan dəyib.

 

Şahidlər bildirirlər ki, "Mercedes" markalı avtomobil ara məsafəsi saxlamadığına görə qarşıdakı avtomobilə çırpılıb, həmin avtomobilin sürücüsü isə idarəetməni itirərək yol kənarında olan digər minik maşınları ilə toqquşub.

 

Hadisə yerinə Yol Patrul Ximdətinin əməkdaşları cəlb olunublar. Hadisədə xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır