Prezident İlham Əliyevin tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin 37 mindən 90 minə çatdırılması istiqamətində işlər davam edir.
Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib.
Qeyd edilib ki, həmin işlərdə çalışanların sayı artıq 60 minə yaxındır və bu say 90 minə çatdırılacaq.