Modern.az

“Azərbaycan Ordusu düşməni susdurub” - Müdafiə Nazirliyi

“Azərbaycan Ordusu düşməni susdurub” - Müdafiə Nazirliyi

Aktual

29 Aprel 2020, 20:02

"Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir".

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Ermənistan tərəfinin iddiasının əksinə olaraq bu gün gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada