İtaliyada son sutka ərzində koronavirusa yoluxan daha 323 nəfər dünyasını dəyişib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki,bununla da ölkədə pandemiyadan ölənlərin sayı 27 682-yə çatıb.
İtaliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusa yoluxanların sayı daha 2 086 nəfər artıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 203 591 nəfərə çatıb.
İndiyədək ölkədə xəstəlikdən sağalanların sayı 71 252 nəfər təşkil edib.