İstanbulda ticarət mərkəzində yanğın başlayıb.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın İstanbul Toptançılar Çarşısındakı (İSTOÇ) bir iş yerində baş verib.
Yanğın güclü olduğundan qarşısını anında almaq mümkün olmayıb, qısa zamanda ticarət mərkəzinin ərazisinə yayılıb.