Böyük Britaniya koronavirusdan ölənlərin sayı artıb.
Modern.az xəbər verir ki, son bir sutkada ölkədə 765 nəfər COVİD-19-dan ölüb.
Böyük Britaniyanın Xarici işlər naziri Dominik Raabın məlumatına görə, bununla da ölkədə dünyasını dəyişənlərin ümumi sayı isə 26 097 nəfərə yüksəlib. Ölənlərin sayına görə, Böyük Britaniya Avropada ikinci olub.
Son 24 saatda yeni virusa yoluxanların sayı 4 076 nəfərdir. Ölkə üzrə bu rəqəm 165 221 nəfərdir.