Modern.az

İranda virusa yoluxanların sayı 93 mini ötdü

İranda virusa yoluxanların sayı 93 mini ötdü

Aktual

29 Aprel 2020, 23:28

İranda koronavirusun yayılması nəticəsində ölən və yoluxanların sayında azalma müşahidə edilsə də, vəziyyət təhlükəli olaraq qalır.

Modern.az xəbər verir ki, bu sözləri İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur deyib.

O bildirib ki, son 24 saat ərzində 1023 nəfər virusa yoluxub və onlar xüsusi xəstəxanalara yerləşdirilib. Bu müddət ərzində 80 nəfər həyatını itirib. Beləliklə, İranda virusa yoluxanların sayı 93 min 657 nəfərə, ölənlərin sayı isə 5957-yə çatıb.

K.Cahanpur bildirib ki, İranda bu günədək 453 min 386 nəfər testdən keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada