Modern.az

Yaponiya və İndoneziya silkələndi - zəlzələ

Yaponiya və İndoneziya silkələndi - zəlzələ

Aktual

11 May 2020, 08:57

Mayın 11-də səhər saatlarında Tokionun şimal-şərqində 5,5 bal gücündə zəlzələ baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanların ocağı 50 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Mayın 11-də İndoneziyanın şərqində yerləşən Tanimbar adaları yaxınlığında da 5,6 bal gücündə zəlzələ olub.

Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

İndoneziya Meteorologiya, Klimotologiya və Geofizika İdarəsinin yaydığı məlumata görə, zəlzələnin gücü 5,7 bal təşkil edib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu