Modern.az

Bakıda bu xəstəxana müvəqqəti bağlandı - SƏBƏB

Bakıda bu xəstəxana müvəqqəti bağlandı - SƏBƏB

Aktual

11 May 2020, 14:34

Bu gün səhər saatlarında Bakıda 3 saylı şəhər klinik xəstəxanası bağlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazılıb.

 

Bildirilir ki, 3 saylı Şəhər Xəstəxanasına qəbul bir neçə saatdır dayandırılıb.

 

“Həkimləri və personalı binadan buraxmırlar. Sayları 100-dən çox olan xəstə və xəstə yaxınları xəstəxananın önünə toplaşıb. Səbəblər haqqında onlara bilgi verilmir.

 

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva BAKU.WS-ə bildirib ki, xəstəxanada pofilaktik dezinfeksiya işləri aparılıb.

 

“Bu səbəbdən də xəstəxana boşaldılıb. İşlər bitdikdən sonra xəstəxana adi qaydada fəaliyyət göstərəcək. Bütün qaydalara əməl edilmək şərtilə xəstələr xəstəxanaya daxil ola biləcəklər”, - deyə Rəvanə Əliyeva bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu