Modern.az

Bu ölkədə futbol çempionatının bərpa tarixi bilindi

Bu ölkədə futbol çempionatının bərpa tarixi bilindi

Aktual

11 May 2020, 20:58

Futbol üzrə Danimarka Super Liqasının bərpa tarixi açıqlanıb.

Modern.az "Report"a istinadən xəbər verir ki, çempionat mayın 28-də qaldığı yerdən davam edəcək.

Liqa XXI turdan təxirə salınmış "Orxus" - "Ranners" oyunu ilə start götürəcək. XXV turun qarşılaşmaları 29 may - 2 iyun tarixlərində keçiriləcək.

Superliqaya iyulun 26-da yekun vurulacaq. 3 gün sonra isə UEFA Avropa Liqasına vəsiqə uğrunda görüş baş tutacaq.

Qeyd edək ki, Danimarka Super Liqasına 24 turdan sonra 62 xalla "Midtyulland" başçılıq edir.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?