Türkiyənin daha 9 şəhərinə giriş-çıxış qadağası aradan qaldırılıb.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Adana, Diyarbəkir, Mardin, Trabzon, Ordu, Dənizli, Qəhrəmanmaraş, Şanlıurfa ve Tekirdağ olmaqla daha doqquz şəhərində giriş-çıxış qadağası ləğv edilib.
Məlumata əsasən, COVID-19 pandemiyası ilə əlaqədar 24 şəhərdə tətbiq olunan giriş-çıxış qadağası artıq 15 şəhəri əhatə edir.
Bundan əlavə, ölkənin 412 yaşayış ərazisindən 300-də karantin tətbiqi dayandırılır.