Ağ Ev yeni növ koronavirus (Covid-19) infeksiyası səbəbi ilə əraziyə daxil olan bütün jurnalistlərə hər gün virus testi aparılacağını açıqlayıb.
Modern.az xəbər verir ki, prezident Donald Tramp və prezident köməkçisi Mayk Penceyə yaxın olan adamlarda Covid-19 təsbit edilməsindən sonra bu qərara gəlinib.
İnfeksiyanın ilk dönəmlərində jurnalistlərin sayını məhdudlaşdıran Ağ Ev bu gün verdiyi qərarla əraziyə gələn bütün jurnalistlərin testdən keçiriləcəyini bəyan edib.
"Ağ Evin ərazisindəki hər kəsin sağlamlığı üçün buraya gələn jurnalistləri günlük olaraq test etməyi düşünürük",- deyə Ağ Ev sözçüsünün müavini Cudd Diri açıqlamasında bildirib.