Modern.az

Kürdəmirdə qətl hadisəsi törədilib

Kürdəmirdə qətl hadisəsi törədilib

Aktual

12 May 2020, 22:03

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

Modern.az “Report"a istinadən xəbər verir ki, hadisə Atakişili kəndində qeydə alınıb.

Şilyan kənd sakini, 45 yaşlı Cəbrayılov Cəmşid Səlim oğlu naməlum şəxs tərəfindən bıçaq xəsarəti alıb. Yaralı ətrafdakıların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!