Modern.az

Yasamalda aztəminatlı ailələrə ərzaq sovqatları paylanıldı - FOTO

Yasamalda aztəminatlı ailələrə ərzaq sovqatları paylanıldı - FOTO

Aktual

14 May 2020, 09:18

Koronavirus pandemiyası dövründə aztəminatlı ailələrə dəstək olmaq məqsədilə Yasamal rayonunda yardım kampaniyası davam edir. 

 

Modern.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi aksiya zamanı karantin rejimində əhalinin həssas təbəqə nümayəndələrinə növbəti ərzaq sovqatları çatdırılıb. Məcburi köçkünlər, yaşlı əhalinin nümayəndələri, əlillər və digər aztəminatlı şəxslərə müxtəlif ərzaq məhsullarından ibarət paylar verilib. Gün ərzində Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları ərzaq sovqatlarını yüzlərlə ünvana çatdırıblar. 

 

Göstərilən diqqət və qayğıya görə vətəndaşlar Azərbaycan rəhbərliyinə xüsusi təşəkkürünü bildiriblər. Yasamal rayonunda sosial yardım kampaniyası davam edir.

 




Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu