Rusiya-Azərbaycan sərhədinə gələn azərbaycanlıların hamısına yardım olunub və yerləşdirilib.
Modern.az-ın məlumatına görə, bunu Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhər dairəsi rəhbərinin azərbaycanlılarla iş üzrə səlahiyyətli nümayəndəsi "Report"a müsahibəsində deyib.
Səlahiyyətli nümayəndə bildirib ki, ikin mərhələdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun yardımı böyük olub.
“Səfirlik Dərbənd şəhərində fəaliyyət göstərən mehmanxanaya pul ödədi, 155 nəfər oraya yerləşdirildi, ərzaqla təmin edildi. Dərbənd şəhərinin rəhbərliyi də onlarla insanı yerləşdirdi. Mənim qonaq evimdə və digər şəxsi evlərdə də qalanlar çox oldu. Hazırda isə Rusiya Azərbaycanlıları İttifaqı “Moy Lyubimiy Qorod” fonduna vəsait köçürüb. Azərbaycanlıların yerləşdirilməsi ilə şəhər administrasiyası yaxından məşğul olur”.