Modern.az

Ad gününü xəstələrin əhatəsində keçirən baş həkim: “Bir gündə 96 nəfəri karantindən evə buraxdıq”

Ad gününü xəstələrin əhatəsində keçirən baş həkim: “Bir gündə 96 nəfəri karantindən evə buraxdıq”

Aktual

14 May 2020, 17:34

"Bu günə kimi Lerikdə heç bir vətəndaşda koronavirus aşkarlanmayıb. Götürülmüş analizlərin nəticələri neqativ çıxıb".

 

Bu fikirləri Modern.az-a Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Mübariz Ağayev bildirib.

 

Mübariz Ağayev deyib ki, dünən 96 nəfər karantindən evə buraxılıb:

 

“14 gün bundan qabaq İrandan ölkəmizə gələn vətəndaşlarımız “Relax” turizim istirahət mərkəzində yerləşdirilmişdi. Onların hər biri 2 dəfə test edilib. Analizlər neqativ çıxıb. Dünən evə yola salındılar. Hər biri tibbi personaldan, otel işçilərindən, rəhbərlikdən razılıqlarını bildirdilər. Cəmi 2 nəfər qalıb ki, yaxın vaxtlarda onlar da evə buraxılacaq”.

 

Baş həkim mayın 19-da Rusiyadan və İrandan yeni vətəndaşlarımızın gələcəyini də qeyd edib.

 

Mübariz Ağayev bu gün özünün doğum gününü xəstələrin əhatəsində keçirdiyini deyib:

 

“Bu gün doğum günümdür. İşimin başındayam. Səhərdən xəstələrdən təbriklər alıram. Hər birinə tezliklə sağalıb ayaq üstə olmalarını arzu edirəm”.

 

Qeyd edək ki, Mübariz Ağayevin bu gün 51 yaşı tamam olur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu