Abşeron rayonunda motosikletin qəzaya uğraması nəticəsində bir nəfər ağır xəsarət alıb.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində baş verib.
Məlumata görə, 1987-ci il təvəllüdlü Osman Məhərrəmov idarə etdiyi motosikletlə qəzaya uğrayıb.
Nəticədə O.Məhərrəmov ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.