Modern.az

Kəlbəcər polisi vətəndaşlara maska payladı

Kəlbəcər polisi vətəndaşlara maska payladı

Aktual

14 May 2020, 23:01

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları Gəncədə adıçəkilən rayon sakinlərinin kompakt məskunlaşdığı qəsəbədə koronavirus pandemiyası ilə bağlı bir sıra maarifləndirici tədbirlər gerçəkləşdirib.

Modern.az-ın məlumatına görə, 1500 ailənin məskulaşdığı yeni qəsəbədə həyata keçirilən həmin tədbirlər çərçivəsində pandemiyanın insan sağlamlığına təhlükəsi, koronavirusla mübarizə yolları və s. barədə bilgilər verilib. Vətəndaşlara bildirilib ki, virusa yoluxmamaq üçün sosial məsafəyə əməl edilməsi, həmçinin gigiyenik qaydaların və qoruyucu tələblərin yerinə yetirilməsi insan sağlamlığı üçün böyük önəm daşıyır.

Polis işçiləri həmçinin yolda hərəkət edən sakinlərlə koronavirusla bağlı fərdi söhbət aparıb.

Sonda isə vətəndaşlara qoruyucu maskalar, marrifləndirici yazıların yer aldığı bukletlər paylanılıb

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu