Modern.az

Fransada koronavirusdan ölənlərin sayı 27 425 nəfərə çatıb

Fransada koronavirusdan ölənlərin sayı 27 425 nəfərə çatıb

Aktual

14 May 2020, 22:37

Fransada koronavirus qurbanlarının sayı artıb.

 

Modern.az xəbər verir ki, son sutka ərzində koronavirus infeksiyasından daha 351 nəfər ölüb.

 

Fransanın Səhiyyə Nazirliyinin məlumatına görə, bununla da virusdan ölənlərin sayı 27 425 nəfərə çatıb.


Bildirilir ki, 17 224 nəfər xəstəxanalarda, 10 201 nəfər isə qocalar evlərində dünyasını dəyişib.



Koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilənlərin sayı azalmaqda davam edir, hazırkı məlumata görə, onların sayı 20 463 nəfərdir. Bir həftə əvvəl bu rəqəm 23 208 idi. Son sutkada xəstəxanalara 542 yeni xəstə daxil olub.



COVID-19-a yoluxmuş 2 299 nəfər hazırda reanimasiyalardadır. Son 24 saatda daha 52 xəstə reanimasiyaya yerləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu